Karel Yarolim: "Azərbaycanla oyuna yaxşı köklənmişik"

10:44 - 3 Oktyabr 2017

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Çexiya yığmasının baş məşqçisi Karel Yarolim açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Yarolim komandanın son vəziyyətindən danışıb:

 

"Yığmaya son dəvət etdiyimiz Yan Şikora və Vaçlav Kadleç yaxşı vəziyyətdədirlər. Şikoradan çox razıyam. O, əvvəlki formasındadı və bizə faydası olacaq. Yaxşı əhval-ruhiyyəmiz var. Azərbaycanla oyuna çox yaxşı köklənmişik. Hər iki komandanın dünya çempionatına yollanmaq şansı qalmayıb. Amma buna baxmyayaraq, matça ciddi yanaşırıq. Turnir cədvəlində irəliləmək və reytinq xalları üçün Azərbaycana qalib gəlməliyik".

 

Qeyd edək ki, Azərbaycan - Çexiya görüşü oktyabrın 5-də baş tutacaq.

Xəbər xətti