DÇ-2030-a 3 ortaq namizəd

15:45 - 5 Oktyabr 2017

DÇ-2030-u eyni vaxtda 3 ölkə təşkil etmək niyyətindədi.

 

Sportal.az xəbər verir ki, bu, Argentina, Uruqvay və Paraqvaydı.

 

Argentinanın paytaxtı Buenos-Ayresdə mətbuat konfransı keçirən hər üç ölkənin dövlət başçıları mundiala ev sahiblik etmək barədə razılaşdıqlarını bildiriblər. Argentina prezidenti Maurisio Macri açıqlamasında FİFA və Cənubi Amerika Futbol Konfederasiyasının da dəstəyini aldıqlarını bildirib.  

 

Qeyd edək ki, Uruqvay 1930, Argentina isə 1978-ci ildə DÇ-ni təşkil edib. 

Xəbər xətti