Cavid Hüseynov 52-yə, Ruslan Qurbanov 18-ə çatdı

10:38 - 6 Oktyabr 2017

Millimizin DÇ-2018-in seçmə mərhələsində Çexiyaya 1:2 hesabı ilə uduzduğu oyunda “Qəbələ”nin 2 futbolçusu iştirak edib.

 

Sportal.az xəbər verir ki, Cavid Hüseynov və Ruslan Qurbanov start heyətində meydana çıxıb. Onların hər ikisi matçın gedişində əvəzlənib. Hüseynov 79, Qurbanov 62 dəqiqə meydanda olub. Ruslan millimizin vurduğu qolda penalti qazanmaqla pay sahibi olub.

 

Xatırladaq ki, bu matç Hüseynovun yığmada 52-ci, Qurbanovun 18-ci oyunudur.

Xəbər xətti