Cənubi Amerika zonasında DÇ-2018-in seçmə mərhələsinin növbəti turu keçirilib.
Sportal.az xəbər verir ki, Argentina yığması öz meydanında Perunu qəbul edib. Qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb. Argentina yığması bu nəticədən sonra 6-cı pilləyə düşüb və DÇ-yə vəsiqə əldə etməmək təhlükəsi ilə üz-üzədi.
Qeyd edək ki, lider 38 xalla Braziliyadır. Uruqvay 28 xalla 2-ci, Çili 26 xalla 3-cü, eyni xala malik olan Kolumbiya 4-cü yerdə qərarlaşıb. Peru aktivindəki 25 xalla 5-ci yerdədi. Eyni xalı toplayan Argentina 6-cıdı.
saytlarin hazirlanmasi
