Almaniya millisində növbəti itki: Millimizlə oyunu buraxacaq

17:33 - 6 Oktyabr 2017

DÇ-2018-in seçmə mərhələsinin son oyununda millimizlə qarşılaşacaq Almaniya yığması növbəti itki ilə üzləşib. 

 

Sportal.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Toni Kross zədələnib. Təcrübəli yarımmüdafiəçi Şimali İrlandiya ilə keçirilən oyunda (1:3) sıradan çıxıb.

 

27 yaşlı futbolçunun qabırğasında ağrı olduğu açıqlanıb. Həkimlər ona ona millimizlə oyunda iştirak etməyə icazə verməyiblər. 

 

Xatırladaq ki, Almaniya millisinin qapıçısı Manuel Noyer və müdafiəçi Benedik Hövedes də zədə səbəbindən yığmamızla oktyabrın 8-də keçiriləcək görüşü buraxacaq.

Xəbər xətti