Aqolli 45 dəqiqə oynadı, İspaniya mundiala vəsiqə qazandı VİDEO

01:26 - 7 Oktyabr 2017

“Qarabağ”ın futbolçusu Ansi Aqolli Albaniya millisinin heyətində növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, onun komandası Ç-2018-in seçmə mərhələsində səfərdə İspaniyanın qonağı olub. Görüş ispanların 3:0 hesablı qələbəsi ilə ilə başa çatıb. Aqolli fasilədən sonra meydana çıxıb.

 

Qeyd edək ki, bu nəticədən sonra İspaniya millisi mundiala vəsiqəni təmin edib, albanlar isə qrupdan çıxmaq şansını itirib.

 

İspaniya - Albaniya - 3:0
Qollar:
Rodriqo, 19, İsko, 24, Tyaqo, 27

 

 

Xəbər xətti