“Qarabağ”ın hücumçusu Burkino Fasoya qarşı oynadı

01:18 - 8 Oktyabr 2017

“Qarabağ”ın hücumçusu Dino Ndlovu CAR millisinin heyətində oyun keçirib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı forvard DÇ-2018-in seçmə mərhələsində Burkino Faso ilə matçın iştirakçısı olub.

 

Ndlovunun 86-cı dəqiqədə meydana çıxdığı matç komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

 

Qeyd edək ki, CAR millisi 4 xalla qrupda sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti