Bosniya və Herseqovina yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib.
Sportal.az xəbər verir ki, sözügedən komanda doğma meydanda Belçika ilə qarşılaşıb. Qapılara 7 qolun vurulduğu oyundan bosniyalılar meydanı məğlub tərk ediblər.
Bosniya və Herseqovina yığmasına dəvət alan “Qarabağ”ın qapıçısı İbrahim Şehiç bu görüşün iştirakçısı olmayıb. O, matçı ehtiyat oyunçular skamyasından izləyib.
9 turdan sonra Bosniya və Herseqovina yığması H qrupunda 14 xalla 3-cü pillədə qərarlaşıb.
Bosniya və Herseqovina - Belçika - 3:4
Qollar: Medunyanin, 30, Viska, 39, Dumiç, 82 - Munyer, 4, Batşuay, 59, Vertongen, 68, Karrasko, 84
saytlarin hazirlanmasi
