Dünya çempionatına vəsiqə qazanan daha 2 komanda məlum oldu

14:48 - 8 Oktyabr 2017

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqəni təmin edən daha iki komandanın adı dəqiqləşdi.
 
Sportal.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsində Afrika zonasından Nigeriya və Şimali Amerika zonasından Kosta Rika yığmaları buna nail olublar.
 
Beləliklə, DÇ-2018-ə vəsiqə qazananların sayı 13-ə çatıb. Daha əvvəl təşkilatçı Rusiya (ev sahibi), Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya, İngiltərə, İspaniya və Belçika yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

Xəbər xətti