Ansi Aqolli: "Ən mühüm olan oyun keyfiyyətidir"

10:45 - 9 Oktyabr 2017

Albaniya yığmasının və "Qarabağ"ın futbolçusu Ansi Aqolli DÇ-2018-in seçmə mərhələsində İtaliya ilə oyunöncəsi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı müdafiəçi ötən ay millinin düşərgəsində aldığı zədənin onun formada qalmasına mane olduğunu deyib:

 

"Mən bir ay zədə səbəbindən oynamadım. Bu, formada qalmağıma təsir etdi. Bu müddətdə çox çalışdım. Düşünürəm ki, hazırda yaxşı formadayam. Fiziki cəhətdən hazıram".

 

Aqolli bu gün qarşılaşacaqları İtaliya millisi haqda danışıb:

 

"İtaliya millisi çox yüksək səviyyədədir. Qrupumuzda Avropanın adlı-sanlı komandaları var. İspaniya haqda da danışmağa ehtiyac yoxdur .İtaliya ilə matçda İspaniyaya qarşısında etdiyimiz səhvləri təkrarlamamalıyıq. Baş məşqçimiz rəqibi analiz edib. Nəticə vacibdir. Ancaq ən mühüm olan isə oyun keyfiyyətidir. Bizim komandamız da doğru yoldadır".

 

Kapitan gələcəyinin milli ilə bağlı olduğunu söyləyib: "Mənim təcrübəm komandaya bağlıdır. Bu oyunlar tək kapitan üçün deyil, bütün futbolçular üçün fərqli bir duyğudur. Baş məşqçim məni start heyətə layiq görsə, oynayacağam".

 

Qeyd edək ki, Albaniya - İtaliya görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbər xətti