DÇ-2018-in seçmə mərhələsində Norveç öz meydanında Şimali İrlandiya ilə qarşılaşıb.
Sportal.az xəbər verir ki, meydan sahiblərinin 1:0 hesabı ilə qalib gəldiyi görüşdə “Qarabağ”ın futbolçusu Tarik Elyunussi də iştirak edib.
Norveç millisinin yarımmüdafiəçisi matçın 71-ci dəqiqəsində Muhammed Elyunussini əvəzləyib.
Qeyd edək ki, millimizlə eyni qrupda yer alan Norveç yığması bu qələbədən sonra xallarının sayını 13-ə çatdıraraq qrupu 4-cü pillədə başa vurub.
saytlarin hazirlanmasi
