Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu Ansi Aqolli Albaniya millisinin heyətində növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, onun komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində doğma meydanda İtaliya ilə qarşılaşıb. Aqollinin komandası tsiklin son turu çərçivəsində baş tutan oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Ansi də bu görüşün iştirakçısı olub. “Qarabağ”ın futbolçusu start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Aqollinin komandası seçmə mərhələni 13 xalla 3-cü pillədə başa vurub. İtaliya isə mübarizəni pley-offda davam etdirəcək. Qrupu İspaniya ldier başa vuraraq mundiala birbaşa vəsiqə əldə edib.
saytlarin hazirlanmasi
