Suriyanın DÇ arzuları əlavə vaxtda puç oldu

19:03 - 10 Oktyabr 2017

Asiya qitəsindən DÇ-2018-ə vəsiqə uğurunda mübarizə aparan Avstraliya və Suriya yığmaları pley-off oyununda üz-üzə gəliblər.

 

Sportal.az xəbər verir ki, ilk oyunda olduğu kimi əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan matçda qalib əlavə vaxtda bilinib.

 

Avstraliya 2:1 Suriya
QOLLAR:
Tim Keyhill 13, 109 // Əl Soma 6 

 

Qeyd edək ki, Avstraliya növbəti matçda Şimali və Mərkəzi Amerika seçmə qrupunda 4-cü pillənin sahibi ilə qarşılaşacaq. Həmin oyunun qalibi mundiala vəsiqəni təmin edəcək.

Xəbər xətti