Terror təşkilatı İŞİD Rusiyanı təhdid edib.
Sportal.az xəbər verir ki, onlar gələn il Rusiyada keçiriləcək dünya çempionatının stadionlarını partlatmaqla qorxudub.
Ümumiyyətlə, terrorçular son vaxtlar sosial mediadakı hesablarından DÇ-lə bağlı təhdid dolu şəkillər paylaşmağa başlayıblar. Bu paylaşımlarda ən çox yadda qalanı isə Messi ilə bağlıdı. Argentinalı ulduzun dəmir barmaqlılar arxasında qan ağlayan yerdə şəkli paylaşılıb.
İŞİD-in Rusiyanı hədəf almasına əsas səbəb isə adıçəkilən ölkənin Suriyada Bəşşər Əsəd hökümətinə dəstək olması və terroristləri hava bombardmanına məruz qoymasıdı
saytlarin hazirlanmasi
