FİFA-dan yeni anlaşma

15:32 - 7 Noyabr 2017

FİFA ilə Beynəlxalq Peşəkar Futbolçular Birliyi (FİFApro) futbolun daha yaxşı idarə edilməsi üçün 6 illik anlaşma imzalayıblar.

 

Sportal.az xəbər verir ki, qurumdan verilən məlumatda bu müqaviləyə əsasən bəzi problemlərin həllinə yardım edəcəyi bildirilir.

 

Belə ki, bu anlaşmanın əsas məqsədi transfer sisteminin yaxşılaşdırılması, oyunçuların məşq etməyə məcbur edilməsinin qarşısını almaq və klubun onlara olan borcları ilə bağlı problemləri həll etməkdi.

Xəbər xətti