VII turun bir oyunu canlı yayımlanacaq

12:50 - 9 Noyabr 2017

Futzal üzrə Yüksək Liqada VII turun oyun cədvəli açılanıb.

 

Sportal.az xəbər verir ki, birinci dövrənin son turuna “Marafon Futsal” – “Neftçi” İK dueli ilə start veriləcək və bu qarşılaşma CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

 

Noyabrın 15-də Bakı İdman Sarayında keçiriləcək turun oyun cədvəlini diqqətinizə çatdırırıq:

 

Saat 14:30 “Marafon Futsal” – “Neftçi” İK

Saat 16:00 “Araz” – “Xəmsə”

Saat 17:30 “Yasamal” FK - EKOL 

Xəbər xətti