Xorvatiya darmadağınla sevindi, İsveçrədən səfər qələbəsi

01:44 - 10 Noyabr 2017

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında pley-off mərhələsinin oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. Xorvatiya millisi Yunanıstan yığmasını qəbul edib. Cütün favoriti olan xorvatlar evdə keçirdiyi ilk oyunda böyük üstünlük əldə ediblər - 4:1.

 

Digər cütdə isə millimizin də yer aldığı C qrupunu 2-ci pillədə başa vuran Şimali İrlandiya yığması İsveçrə seçməsini qəbul edib. Bu görüşün taleyini isə 1 qol həll edib. İsveçrəlilər penaltidən vurduqları yeganə qol sayəsində səfərdən çox önəmli qələbə ilə ayrılmağa nail olublar - 1:0.

 

Pley-off mərhələsinin ən çox maraq doğuran qarşılaşmalarından biri bu gün keçiriləcək. İsveç və İtaliya Stokholmda münasibətlərinə aydınlıq gətirəcəklər.

 

Mərhələnin ilk oyunlarına noyabrın 11-də keçiriləcək Danimarka - İrlandiya matçı ilə yekun vurulacaq.

 

Şimali İrlandiya - İsveçrə - 0:1
Qol:
Rodriqes, 58
 
Xorvatiya - Yunanıstan - 4:1
Qollar:
Modriç, 13, Kaliniç, 19, Perisiç, 33, Kramariç, 49 - Sokratis, 30

Xəbər xətti