Mundiala vəsiqə qazanan növbəti yığma bəlli oldu

00:49 - 11 Noyabr 2017

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha bir komandanın adı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Afrika zonası üzrə seçmə mərhələnin D qrupunda 5-ci tur çərçivəsində bu gün səfərdə CAR-la qarşılaşan Seneqal millisi 2:0 hesablı qələbə qazanıb.  Bununla da Seneqal sona bir tur qalmış mundiala vəsiqəni təmin ediblər.

 

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 24-ə çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya və Panama yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

Xəbər xətti