İtaliya dünya çempionatından kənarda qaldı

01:48 - 14 Noyabr 2017

DÇ-2018-in pley-off mərhələsinin cavab oyunları davam edir. 
 
Sportal.az
xəbər verir ki, bu gün daha bir görüş keçirilib. İtaliya öz meydanında İsveçi qəbul edib. Qarşılaşmada hesab açılmayıb - 0:0.
 
Bu komandalar arasında keçirilən ilk matçda İsveç millisi 1:0 hesabı ilə qalib gəldiyi üçün mundiala yollanıb. 
 
DÇ-2018 pley-off mərhələsi, cavab oyunları
 
İtaliya - İsveç - 0:0
İlk oyun:
0:1

Xəbər xətti