DÇ-2018-in final mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.
Sportal.az xəbər verir ki, qitələrarası pley-off mərhələsində Avstraliya ilk oyunda qolsuz heç-heçə etdiyi Hondurası qəbul edib. Matçda meydan sahibləri 3:1 hesablı qələbə qazanaraq mundiala vəsiqəni təmin edib.
Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 31-ə çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş, Xorvatiya, İsveçrə, İsveç və Danimarka yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.
Mundialda 32 komanda iştirak edir ki, qalan 1 iştirakçının da adına tezliklə aydınlıq gələcək.
16 noyabr. Peru – Yeni Zelandiya (ilk oyun: 0:0).
