İran millisinin baş məşqçisi yığmamızla oyun haqda: "Müdafiədə kobud səhvlərə yol verdik"

10:43 - 4 Dekabr 2017

“Üç gün əvvəl İran çempionatında növbəti turun oyunları keçirildiyinə görə, futzalçılarım millinin heyətinə yorğun gəlmişdilər”.

 

Sportal.az xəbər verir ki, bu sözləri İran millisinin baş məşqçisi Mohammad Nazemalsharieh deyib.

 

O, İran yığmasının millimizlə 3:3 hesabı ilə başa çatan oyunundan sonra matç haqqında fikirlərini bölüşüb: “Bir neçə gənc oyunçunu da yoxlamaq qərarına gəldik. Bu gün müdafiədə kobud səhvlərə yol verdik. Bunun üzərində işləməliyik. İnanıram ki, Rusiya və Qazaxıstana qarşı daha yaxşı çıxış edəcəyik. Azərbaycan millisinin fiziki və taktiki cəhətdən güclü oyunçulardan qurulduğunu bilirdik. Buna görə də belə səhvlərə yol vermək olmaz”.

Xəbər xətti