Millimizin üzvü Braziliya klubunda

12:33 - 3 Yanvar 2018

Cari mövsümün yarısını “Araz”da keçirən Karvalyo dos Santos Vilela karyerasını vətənində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, hücumçu artıq özünə yeni komanda tapıb. O, Braziliyinanın “Kopaqril” komandası ilə bu ilin iyun ayına qədər müqavilə imzalayıb. 


Qeyd edək ki, “Araz”ın heyətində Yüksək Liqada 12, UEFA Kubokunda isə 3 oyunda forma geyinən Karvalho dos Santos 9 (YK-7, UK-2) qol vurub. O, millinin heyətində İranda təşkil edilən turnirdə isə 3 oyunda meydana çıxıb və rəqib torunu 3 dəfə silkələyib.

Xəbər xətti