Futzal: “Transfer pəncərəsi” nə vaxta kimi açıq olacaq?

12:51 - 3 Yanvar 2018

Yanvarın 1-dən etibarən futzal üzrə Yüksək Liqada “transfer pəncərəsi” açıq elan edilib.

 

Sportal.az xəbər verir ki, klublar fevralın 10-dək davam edəcək bu müddət ərzində heyətlərinə cəlb edəcəyi yeni oyunçuları AFFA-nın qeydiyyat bazasında qeydiyyatdan keçirə və lisenziya ala bilərlər.

 

Futzal üzrə Birinci Liqada isə “transfer pəncərəsi” yanvarın 15-də açılacaq.

Xəbər xətti