FIFA təsdiqlədi: dünya çempionatında yeniliklər tətbiq olunacaq

13:57 - 17 Mart 2018

FİFA Rusiyada keçiriləcək dünya çempionatı ilə bağlı yeni qərarları təsdiqləyib.

 

Sportal.az xəbər verir ki, FİFA mundialda komandaların 4-cü əvəzetmə hüququnu təsdiq edib. Yeni qayda yalnız əlavə vaxt olduğu təqdirdə tədbiq edilə bilər. Bu variant 2017-ci ildə Rusiyada keçirilən Konfederasiyalar kubokunda ilk dəfə sınaqdan keçirilmişdi.

 

FİFA mundialda videotəkrar sistemindən istifadə edilməsini rəsmən təsdiqləyib.

 

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-nə qədər keçiriləcək.

Xəbər xətti