İyunun 14-də Rusiyada dünya çempionatına start veriləcək. Mundial şimal qonşularımızın 11 şəhərində baş tutacaq.
Turnirdə çıxış edən Avstraliya millisiylə sizi qısa şəkildə tanış edirik:
Ardıcıl dördüncü dəfə dünya çempionatında iştirak edəcək Avstraliya C qrupunda Fransa, Danimarka və Peru ilə mübarizə aparacaq.

Komandanın qrupdakı oyunlarının tarixi:
16 iyun. 14:00. Kazan. Fransa – Аvstraliya
21 iyun. 16:00. Samara. Danimarka – Avstraliya
26 iyun. 18:00. Soçi. Avstraliya – Peru

Baş məşqçi: Bert van Marveyk

24 yanvar 2018-ci ildə Qrem Arnoldun əvəzinə baş məşqçi təyin edilən Bert van Marveyk komandanı çıxardığı ilk görüşdə Norveçə 1:4 hesabıyla uduzdu.
Ulduz futbolçu: Aron Muy
27 yaşlı “Haddersfild”li oyunçu Avstraliyanın ən formada olan futbolçusudur. Yarımmüdafiədə çıxış edən Muy 29 dəfə geyindiyi milli yığma forması ilə 2 qol vurub.

Avstraliya dünya çempionatına neçə dəfə qatılıb?
Avstraliya tarixində mundialda daha əvvəl 4 dəfə çıxış edib:1974, 2006, 2010, 2014, 2018

Avstraliyanın dünya çempionatında ən böyük uğuru nədir?

Avstraliya 2006-cı ildə Almaniyada təşkil edilən mundialda qrupdan çıxmağı bacararaq tarixinin ən böyük nailiyyətinə imza atdı. Lakin komandanın qarşısını 1/8 finalda İtaliya millisi kəsdi.
Avstraliyanın dünya çempionatları tarixində ən çox qol vuran futbolçu kimdir?

Avstraliyanın dünya kuboku tarixində ən çox qol vuran oyunçusu 5 qolla Tim Keyhilldir.
saytlarin hazirlanmasi
