İyunun 14-də Rusiyada dünya çempionatına start veriləcək. Mundial şimal qonşularımızın 11 şəhərində baş tutacaq.
Turnirdə çıxış edən Səudiyyə Ərəbistan milliyilə sizi qısa şəkildə tanış edirik:
Komanda hansı qrupda yer alıb?
Səudiyyə Ərəbistanı 2018-ci il dünya çempionatında A qrupunda Rusiya, Uruqvay və Misir ilə birgə yarışacaq.

Səudiyyə Ərəbistanın mundialdakı qrup oyunlarının tarixi:
14 iyun. 19:00. Moskva. “Lujniki”. Rusiya – Səudiyyə Ərəbistanı
20 iyun. 19:00. Rostov-na-Don. Uruqvay – Səudiyyə Ərəbistanı
25 iyun. 18:00. Volqoqrad. Səudiyyə Ərəbistanı – Misir

Baş məşqçi: Xuan Antonio Piççi

2017-ci ilin noyabrında vəzifəyə gələn argentinalı mütəxəssis Səudiyyə Ərəbistanı millisiylə 2 oyuna çıxıb (1 qalibiyyət, 1 bərabərlik).
Ulduz oyunçu: Məhəmməd Əl-Sahlavi

"Əll-Nəsr"də çıxış edən 29 yaşlı hücumçu Səudiyyə Ərəbistanının ən çox qol vuran oyunçusudur. 33 dəfə Səudiyyə Ərəbistanı forması geyinən Əl-Sahlavi bu oyunlarda vurduğu 26 qol ilə ölkəsinin ən güvənilən oyunçusudur.
Komandanın dünya çempionatında ehtimal 11-liyi.

Səudiyyə Ərəbistanı neçə dəfə dünya kubokunda iştirak edib?

Səudiyyə Ərəbistanı 4 dəfə mundiala qatılmaq imkanı qazanıb: 1994; 1998; 2002; 2006.
Səudiyyə Ərəbistanının dünya kubokunda ən böyük uğuru nədir?

Səudiyyə Ərəbistanının dünya çempionatında ən böyük uğuru 1994-cü ildə 1/8 finala yüksəlməsidir.
Səudiyyə Ərəbistanının mundiallarda ən çox qol vuran oyunçusu kimdir?

Səudiyyə Ərəbistanın Dünya Kubokları tarixində ən çox qol vuran oyunçusu Sami Əl-Jabedir. .Əl-Jaber 4 dünya çempionatında çıxış edib və 3 qol vurub.
saytlarin hazirlanmasi
