İyunun 14-də Rusiyada dünya çempionatına start veriləcək.Mundial şimal qonşularımızın 11 şəhərində baş tutacaq.
Turnirdə çıxış edəcək Kolumbiya millisiylə sizi qısa şəkildə tanış edirik.
Cənubi Amerika zonasının təmsilçisi olan Kolumbiya 2018-ci il dünya çempionatında H qrupunda Yaponiya, Polşa və Seneqal ilə birgə yarışacaq.

Kolumbiyanın dünya çempinatındakı oyunlarının tarixi:
19 iyun. 16:00. Saransk. Kolumbiya – Yaponiya
24 iyun. 22:00. Kazan. Polşa – Kolumbiya
28 iyun. 18:00. Samara. Seneqal – Kolumbiya

Baş məşqçi: Xose Pekerman

2012-ci ildə Kolumbiya millisinin başına keçən Xose Pekerman baş məşqçilik karyerasındakı ən böyük uğuru 2005-ci ildə Argentina millisini çalışdırarkən "tanqoçular"ı FIFA Konfederasya Kubokunda finala apararaq yaşamışdı.
Komlumbiya yığması Pekermanın rəhbərliyilə 71 oyuna çıxıb (40 qalibiyyət, 17 bərabərlik və 14 məğlubiyyət).
Ulduz oyunçu: Xames Rodriqes
![]()
Son dünya çempionatına damğa vuran Rodriqes yenə Kolumbiyanın ən böyük silahı olacaq.
Kolumbiyanın dünya çempionatında ehtimal 11-liyi.

Kolumbiya neçə dəfə dünya çempionatında iştirak edib?

Kolumbiya tarixində 5 dəfə dünya çempionatında iştirak edib: 1962; 1990; 1994; 1998; 2014
Kolumbiyanın dünya çempionatında ən böyük uğuru nədir?

Kolumbiya 5 dəfə iştirak etdiyi turnirdə 2014-cü ildə 1/2 finala yüksələrək ən böyük uğurunu yaşamışdı.
Kolumbiyanın mundiallarda ən çox qol vuran oyunçusu kimdir?

Kolumbiya millisinin tarixində dünya çempionatında ən çox qol vuran oyunçusu 6 qol ilə Xames Rodriqesdir.
saytlarin hazirlanmasi
