2018-ci il dünya çempionatına gedəcək komandaları tanıyaq: Almaniya

15:51 - 28 Aprel 2018

İyunun 14-də Rusiyada dünya çempionatına start veriləcək. Mundial şimal qonşularımızın 11 şəhərində baş tutacaq.

 

Turnirdə çıxış edəcək Almaniya millisiylə sizi qısa şəkildə tanış edirik.

 

Image result for germany azerbaijan 2018

 

Almaniya millisi dünya çempionatında hansı qrupda yer alıb?

 

Almaniya dünya kubokunda H qrupunda  Cənubi Koreya, Meksika və İsveçrə ilə yarışacaq.

 

Related image

 

Almaniyanın dünya kubokundakı oyunlarının tarixi:

 

17 iyun.      19:00. Moskva. "Lujniki". Almaniya – Meksika
23 iyun.       22:00. Soçi. Almaniya – İsveç
27 İyun.      18:00. Kazan. Cənubi Koreya – Almaniya

 

Image result for joachim low nazarov

 

Baş məşqçi: Yoahim Löv

 

Image result for joachim loew azerbaijan

 

2006-cı il dünya kubokunda Yurrgen Klinsamanın köməkçisi olan Yoahim Löv onun ayrılmasından sonra Almaniya yığmasına rəhbərlik etdi və uğurlar qazandı. Lövün rəhbərliyilə Bundestim 2014-cü ildə dünya kubokunda əldə edilən çempionluqdan başqa, 2008-ci ildə Avropa çempionatında final oynayıb, 2010-cu il dünya kubokunda 3-cü yeri tutub, 2012 və 2016-cı illərdə keçirilən Avropa çempionatında yarımfinala qədər irəliləyib.

 

Ulduz oyunçu: Mesut Özil

 

Image result for germany azerbaijan 2018

 

Yoahim Lövün heyətdə əsas fiquru Türkiyə əsilli ulduz olacaq. Özil milliylə çıxdığı 88 oyunda 22 qol vurub.

 

Almaniyanın mundialda ehtimal 11-liyi.

 

Uzun müddət zədədən əziyyət çəkən Manuel Noyerin turnirdə ehtiyat qapıçı olacağı gözlənilir.

 

 

Almaniya neçə dəfə dünya kubokunda iştirak edib?

 

Related image

 

Almaniya Rusiyada keçiriləcək turnirlə birlikdə 19 dəfə dünya kubokunun səhnəsində yer alacaq.

 

Dünya kubokunda iştirak etdiyi illər: 1934; 1938; 1954; 1958; 1962; 1966; 1970; 1974; 1978; 1982; 1986; 1990; 1994; 1998; 2002; 2006; 2010; 2014; 2018.

 

Image result for germany 2006 world cup

 

Almaniyanın dünya kubokunda ən böyük uğuru nədir?

 

Image result for germany 2014 world cup

 

Turnir tarixininin ən uğurlu komandalarından biri olan Almaniya daha əvvəl 18 dəfə iştirak etdiyi mundialda 4 çempionluq əldə edib.

 

Almanyanın dünya kubokunda ən çox qol vuran oyunçusu kimdir?

 

Almanyanın dünya kubokları tarixində ən çox qol vuran oyunçusu Miroslav Klozedir.

 

Image result for miroslav klose 2002 world cup saudi arabia

 

Dünyanın ən böyük futbol turnirində 4 dəfə forma geyinən Kloze 16 qolla yalnız Almanyanın deyil, mundial tarixinin ən çox qol vuran oyunçusu adına sahibdir.

Xəbər xətti