2018-ci il dünya çempionatına gedəcək komandaları tanıyaq: Xorvatiya

18:29 - 30 Aprel 2018

İyunun 14-də Rusiyada dünya çempionatına start veriləcək. Mundial şimal qonşularımızın 11 şəhərində baş tutacaq.

 

Turnirdə çıxış edəcək Xorvatiya millisiylə sizi qısa şəkildə tanış edirik.

 

Related image

 

Xorvatiya dünya çempionatında hansı qrupda qərarlaşıb?


Xorvatiya 2018-ci il dünya çempionatında güclü bir qrupdan çıxmaq üçün mübarizə aparacaq. D qrupunda qərarlaşan Xorvatiyanın rəqibləri Argentina, İslandiya və Nigeriyadır.

 

Related image

 

Komandanın qrupdakı oyunlarının tarixi:

 

16 iyun.       23:00. Kalininqrad. Xorvatiya – Nigeriya
21 iyun.       22:00. Nijni Novqorod. Argentina – Xorvatiya
26 iyun.       Rostov-na-Don. İslandiya – Xorvatiya

 

Related image


Baş məşqçi: Zlatko Daliç

 

Image result for zlatko dalic


51 yaşlı mütəxəssis dünya çempionatının seçmə mərhələ oyunlarında uğursuzluğa görə istefaya göndərilən Ante Çaçiçin əvəzinə baş məşqçi postuna gətirilmişdi.

 

Ulduz oyunçu: Luka Modriç

 

Xorvatiyanın dünya səviyyəli bir çox ulduzu var. Ancaq Modriç Rakitiç, Perişiç və Mandjukiç kimi oyunçulardan ön plana çəkilir.

 

Related image

 

"Real"ın ulduzu bu ana qədər xorvatların ən böyük fiquru olub. Bu turnirdə də ondan çox şey gözlənilir.

 

Xorvatiyanın mundialda ehtimal 11-liyi.

 

 

Xorvatiya neçə dəfə dünya kubokunda işitrak edib?

 

Image result for brazil croatia fifa world cup 2006


Xorvatiya tarixi ərzində 4 dəfə dünya çempionatında yarışıb və Rusiyada beşinci mundial macərasını yaşayacaq.

 

Xorvatiyanın dünya çempionatına qatıldığı illər: 1998, 2002, 2006, 2014.


Xorvatiyanın dünya kubokunda ən böyük uğuru nədir?

 

Image result for croatia fifa world cup 1998

 

Xorvatiya bu vaxta qədər yarışdığı 4 dünya çempionatında ən böyük uğurunu 1998-ci ildə yaşayıb. Fransadakı turnirdə xorvatlar dünya üçüncüsü olub.


Dünya kubokunda ən çox qol vuran oyunçusu kimdir?

 

Image result for davor suker prosinecki

 

Xorvatiyanın dünya çempionatı tarixində ən çox qol vuran oyunçusu hazırda ölkənin Futbol Federasiyasının prezidenti olan Davor Şukerdir. Şuker 1998 və 2002-ci il turnirlərində 8 oyuna çıxıb və 6 qol vurub.

Xəbər xətti