İyunun 14-də Rusiyada dünya çempionatına start veriləcək. Mundial şimal qonşularımızın 11 şəhərində baş tutacaq.
Turnirdə çıxış edəcək Uruqvay millisiylə sizi qısa şəkildə tanış edirik.
Uruqvay mundialda hansı qrupda qərarlaşıb?

Cənubi Amerika təmsilçilərindən olan Uruqvay 2018-ci il dünya çempionatında A qrupunda Misir, Rusiya və Səudiyyə Ərəbistanı ilə birgə yarışacaq.
Komandanın qrupdakı oyunlarının tarixi:
15 iyun. 16:00. Yekaterinburq. Misir – Uruqvay
20 iyun. 19:00. Rostov-na-Don. Uruqvay – Səudiyyə Ərəbistanı
25 iyun. 18:00. Samara. Uruqvay – Rusiya
Baş məşqçi: Oskar Tabares

Daha əvvəl 1988-1990-cı illər arasında Uruqvayı çalışdıran 71 yaşlı mütəxəssis ikinci dönəmində 2006-cı ildən komandanın "sükanı arxası"ndadır.
Oskar Tabares Uruqvaya 2011-ci ildə Kopa Amerika çempionluğu yaşatmışdı. 2010-cu il dünya çempionatında komanda 4-cü yeri tutub.
Ulduz oyunçu: Luis Suares

Uruqvayın dünya çempionatında ən böyük fiquru son illərdə olduğu kimi, Edinson Kavani ilə birlikdə Luis Suares olacaq.
Uruqvayın dünya çempionatında ehtimal 11-liyi.

Uruqvay neçə dəfə dünya çempionatında iştirak edib?

Uruqvay tarixində 12 dəfə dünya çempionatında iştirak edib: 1930; 1950; 1954; 1962; 1966; 1970; 1974; 1986; 1990; 2002; 2010; 2014.
Uruqvayın dünya çempionatındakı ən böyük uğuru nədir?

Uruqvay 12 dəfə iştirak etdiyi turnirdə 1930 və 1950-ci illərdə kuboku qazanaraq böyük uğur əldə etmişdir.

Uruqvayın dünya çempionatında ən çox qol vuran oyunçusu kimdir?

Uruqvay millisinin tarixində dünya çempionatında ən çox qol vuran oyunçu 8 qol ilə Oskar Miqesdir. 6 qolla Dieqo Forlan ikincidir.
saytlarin hazirlanmasi
