İyunun 14-də Rusiyada dünya çempionatına start veriləcək. Mundial şimal qonşularımızın 11 şəhərində baş tutacaq.
Turnirdə çıxış edəcək Misir millisiylə sizi qısa şəkildə tanış edirik.
Misir mundialda hansı qrupda qərarlaşıb?

Məhəmməd Salahın liderliyi ilə Misir 2018-ci il dünya çempionatında A qrupunda Rusiya, Uruqvay və Səudiyyə Ərəbistanı ilə birgə yarışacaq.
Komandanın qrupdakı oyunlarının tarixi:
15 iyun. 16:00. Yekaterinburq. Misir – Uruqvay
19 iyun. 22:00. Sankt-Peterburq. Rusiya – Misir
25 iyun. 18:00. Volqoqrad. Səudiyyə Ərəbistanı – Misir
Baş məşqçi: Hektor Kuper

2015-ci ilin mart ayında vəzifəyə gələn Hektor Kuper Misir millisini 31 oyuna çıxarıb (20 qələbə, 4 bərabərlik və 7 məğlubiyyət).
Ulduz oyunçu: Məhəmməd Salah

Məhəmməd Salah dünya çempionatında komandasının lideri olacaq. Bu mövsüm "Liverpul"un heyətində fırtına kimi əsən Salah komandanın aparıcı simasıdır.
Misirin dünya çempionatı üçün ehtimal 11-liyi.

Misir neçə dəfə dünya çempionatında iştirak edib?

Misir tarixində iki dəfə dünya çempionatında iştirak edib: 1934; 1990.
Misirin dünya çempionatındakı ən böyük uğuru nədir?

Misirin iki dəfə iştirak etdiyi dünya çempionatındakı ən böyük uğuru 1934-cü il dünya çempionatında 1/8 finala yüksəlməsidir. Afrika təmsilçisi Macarıstana 2:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı.
Misirin dünya çempionatında ən çox qol vuran oyunçusu kimdir?

Misirin dünya çempionatın tatixində ən çox qol vuran oyunçusu Abdulrəhman Favzidir. Favzi forma geyindiyi 1934-cü il dünya çempionatında iki qol vurub.
saytlarin hazirlanmasi
