Rusiya dünya çempionatı ilə bağlı hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, turnirin başlamasına az qalmış təhlükəsizlik səbəbiylə maraqlı qadağa tətbiq edilib. Belə ki, yarışların keçiriləcəyi şəhərlərdə açıq havada manqalda kabab bişirmək qadağan olunub.
Turnirin təşkil edildiyi şəhərlərdə meşəliklərə istirahət məqsədilə getmək də qadağan olunacaq. Yanğın təhlükəsinin qarşısının alınması üçün bu addımı atılıb. Qaydaları pozanlar 500 avroya qədər cərimə olunacaq.
Qeyd edək ki, mundial 14 iyun -15 iyul tarixlərində Rusiyanın 14 şəhərində keçiriləcək.
saytlarin hazirlanmasi
