Salah geri dönür: "Sizin sevginiz və dəstəyiniz ehtiyacım olan gücü mənə verəcək"

16:47 - 28 May 2018

Çempionlar Liqasının finalında Madrid "Real"ı ilə matçda zədələnərək meydanı tərk edən "Liverpul"un futbolçusu Məhəmməd Salah dünya çempionatına yetişə biləcəyini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, misirli ulduz sosial şəbəkə hesabında bu haqda məlumat verib:

 

"Çətin bir axşam oldu, amma mən bir döyüşçüyəm. Söz-söhbətlərin əksi olaraq, hamınızı qürurlandırmaq üçün dünya çempionatında olacağıma əminəm. Sizin sevginiz və dəstəyiniz ehtiyacım olan gücü mənə verəcək".

 

Məlumata görə, çiynindən ciddi zədə alan Salahın bərpa prosesi 2 həftə çəkəcək.

 

Qeyd edək ki, "Real"la görüşün 28-ci dəqiqəsində "kral klubu"nun müdafiəçisi Serxio Ramos Salahı zədələmişdi. 25 yaşlı futbolçu meydanı göz yaşları içində tərk etmişdi.

Xəbər xətti