FİFA Səudiyyə Ərəbistanılı hakim Fahad Əl-Mirdasini DÇ-2018-ə təyinat almış referilərin siyahısından çıxarıb.
Sportal.az xəbər verir ki, buna onun danışılmış oyunda iştirak etməsi səbəb olub. Yerli federasiya tərəfindən ömürlük futboldan uzaqlaşdırılan ədalət təmsilçisi mundiala da qatılmayacaq.
Fahad mayın 12-də ölkə kubokunun final görüşündə komandalardan biri ilə əlaqə saxlayaraq oyunun nəticəsi üçün pul tələb edib.
32 yaşlı referini əvəz edəcək hakim açıqlanmayıb.
saytlarin hazirlanmasi
