Dünya çempionatının startına 6 gün qalmış Argentina millisi ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, "tanqoçular"ın yarımmüdafiəçisi Manuel Lanzini sıradan çıxıb. Məşq zamanızədə alan futbolçunun sağ diz bağlarının qopduğu aşkarlanıb.
25 yaşlı hücumameyilli yarımmüdafiəçi dünya çempionatında iştirak etməyəcək. "Vest Hem"in futbolçusunun əvəzinə yığmaya dəvət olunan futbolçunun adı tezliklə açıqlanacaq.
saytlarin hazirlanmasi
