DÇ-2018: Meksika millisində dəyişiklik

12:49 - 13 İyun 2018

Dünya çempionatının başlamasına bir gün qalmış Meksika millisinin heyətində dəyişiklik baş verib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı müdafiəçisi Dieqo Reyes zədə səbəbindən heyətdən kənarlaşdırılıb. “Portu”nun futbolçusunu “Paçuka”nın22 yaşlı yarımmüdafiəçisi Erik Qutyerres əvəzləyib.

 

Meksika millisi Almaniya, Cənubi Koreya və İsveçlə eyni qrupda mübarizə aparacaq.

Xəbər xətti