Bu gün 21-ci dünya çempionatına start veriləcək.
Sportal.az xəbər verir ki, A qrupunda meydan sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək. “Lujniki” stadionunda keçiriləcək mundialın ilk matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Bundan yarım saat əvvəl isə dünya çempionatının rəsmi açılış mərasimi start götürəcək.
Qeyd edək ki, A qrupunun digər oyununda sabah Misir və Uruqvay mililəri üz-üzə gələcək.
14 iyun
DÇ-2018, 1-ci tur, A qrupu
19:00. Rusiya – Səudiyyə Ərəbistanı
Baş hakim: Nestor Pitana
Köməkçi hakimlər: Xuan Pablo Belyati, Ernan Maydana (hamısı Argentina)
Dördüncü hakim: Sandro Riççi (Braziliya)
Moskva, "Lujniki"
saytlarin hazirlanmasi
