Salah Uruqvaya qarşı oynayacaq

17:52 - 14 İyun 2018

Misir millisinin hücumçusu Məhəmməd Salahın DÇ-2018-in ilk oyununda Uruqvayla keçirəcəyi görüşdə meydanda olub-olmayacağına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, yığmanın çalışdırıcısı Ektor Kuper Salahın sabah baş tutacaq matça 100 faiz hazır olduğunu bildirib: "Son anda gözlənilməz nəsə baş verməsə, Salahın oynamaq şansının 100 faizə yaxın olduğuna zəmanət verə bilərəm".

 

Qeyd edək ki, Çempionlar Liqasının finalında “Real”ın kapitanı Serxio Ramos Salahı zədələmişdi.

Xəbər xətti