Dünya çempionatı start götürdü: Rusiya böyük hesablı qələbə qazandı

21:01 - 14 İyun 2018

Bu gün 21-ci dünya çempionatına start verilib.

 

Sportal.az xəbər verir ki, A qrupunda meydan sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib. Rusiya rəqibini 5:0 hesabı ilə darmadağın edib.

 

Qeyd edək ki, qrupun digər oyununda sabah Misir və Uruqvay mililəri üz-üzə gələcək.

 

14 iyun

DÇ-2018, 1-ci tur, A qrupu

 

Rusiya – Səudiyyə Ərəbistanı - 5:0

Qollar: Yuri Qazinski, 12; Denis Çerışev, 43, 90+1, Artyom Dzyuba, 71; Aleksandr Qolovin, 90+4

Baş hakim: Nestor Pitana

Köməkçi hakimlər: Xuan Pablo Belyati, Ernan Maydana (hamısı Argentina)

Dördüncü hakim: Sandro Riççi (Braziliya)

Moskva, "Lujniki"

Xəbər xətti