Bu gün dünya çempionatında 3 oyun keçiriləcək.
Sportal.az xəbər verir ki, günün ilk matçı ilə A qrupunda ilk tura yekun vurulacaq. Misir və Uruqvay millilərinin qarşılaşması Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
B qrupunun ilk matçında Mərakeş İranı sınağa çəkəcək.
İkinci oyun gününün sonra matçında Portuqaliya və İspaniya qarşılaşacaq. Xulen Lopoteqinin qovulmasından sonra İspaniya millisinin baş məşqçisi təyin olunan Fernando Yerro Portuqaliya ilə görüşdə debüt edəcək.
15 iyun
DÇ-2018
A qrupu
16:00. Misir - Uruqvay
Baş hakim: Björn Kuipers
Yan xətt hakimləri: Sander van Rokel, Ervin Zeinstra (hamısı Hollandiya)
Dördüncü hakim: Milorad Maziç (Serbiya)
Yekaterinburq, Mərkəzi stadion
B qrupu
19:00. Mərakeş - İran
Baş hakim: Cüneyt Çakır
Yan xətt hakimləri: Bahattin Duran, Tarik Ongun (hamısı Türkiyə)
Dördüncü hakim: Sergey Karasov (Rusiya)
"Sankt-Peterburq" stadionu
22:00. Portuqaliya - İspaniya
Baş hakim: Canluka Rokki
Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini (hamısı İtaliya)
Dördüncü hakim: Ryuyi Sato (Yaponiya)
Soçi, "Fişt" stadionu
saytlarin hazirlanmasi
