Aleksandr Qolovin: "Özümü qələbənin memarı kimi görmürəm"

12:54 - 15 İyun 2018

Dünya çempionatının açılış matçında Rusiya millisi Səudiyyə Ərəbistanı yığmasını 5:0 hesabı ilə darmadağın etdi. Matçda 1 qol və 2 assistlə damğa vuran rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovin açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Moskva ÇSKA-sında çıxış edən 22 yaşlı futbolçu qələbə barədə fikirlərini bölüşüb:

 

"Özümü bu qələbənin memarı kimi görmürəm. Komanda şəklində yaxşı oynadıq. Səudiyyə Ərəbistanını macərapərəst komanda olduğunu bilirdik və bundan yararlandıq"

 

Qolovin adının "Yuventus"la hallanmasına da münasibət bildirib:

 

"Yuventus"un mənimlə maraqlanmasından qürur duyuram və buna çox sevindim. Ancaq indi dünya çempionatına köklənmişəm. "Yuventus"da yaxşı futbolçular var. Ən çox Paulo Dibalanı bəyənirəm. Çox yaradıcı futbolçudur".

Xəbər xətti