Bu gün dünya çempionatının B qrupunda İspaniya və Portuqaliya milli komandaları qarşılaşacaqlar.
Sportal.az xəbər verir ki, matçdan öncə İspaniya yığmasının kapitanı Serxio Ramos mətbuat konfransında maraqlı açıqlamaları ilə yadda qalıb: "Özümü dünya çempionatında deyil, cənazə mərasimində hiss edirəm. Artıq səhifəni dəyişməliyik. Söz-söhbətlər özümüzə də xoş deyil. Julen Lopeteqi bizim üçün önəmli idi, amma İspaniya hər şeydən üstündür. Bu mövzunu bağlamaq lazımdır".
Ramos DÇ-nin startına bir gün qalmış postundan qovulan Julen Lopeteqinin əvəzinə millinin "sükanı arxası"na gələn Fernando Yerrodan danışıb: "Yeni bir səhifə açmışıq. Boşluğu doldurmaq üçün Yerrodan yaxşısı olmazdı. Ümid edirəm ki, yaxşı performans sərgiləyə bilərik".
Təcrübəli müdafiəçi "Real"da komanda yoldaşı olan portuqaliyalı ulduz Kriştiano Ronaldo barədə fikirlərini bildirib: "Ronaldo ilə eyni komandada olmağı seçərəm, rəqib olmağı isə yox. O, həqiqətən də gücül futbolçudur".
Qeyd edək ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə saatı 22:00-da başlayacaq.
saytlarin hazirlanmasi
