DÇ-2018-in qrup mərhələsində İspaniyaya qarşı oyunda het-trik edərək, komandasına bir xal qazandıran Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo matçla bağlı danışıb.
Sportal.az xəbər verir ki, matçın ən yaxşı futbolçusu seçilən 33 yaşlı futbolçu nəticəni ədalətli hesab edib:
"Bu het-trik karyeramın əhəmiyyətli şəxsi göstəricilərindən biridir. Çox sevincliyəm. Mən hər zaman özümə inandım, bunun üçün çalışıram. Məğlubiyyətlə barışmadıq, sona qədər savaşdıq. Çox xoşbəxtəm. Gözəl çıxış etdik. Hesabda geri düşsək də, oyun planımızı itirmədik. Heç-heçə ədalətli nəticədir. Qrupdan çıxmağa çalışağıq. Bu, çətin olacaq. Favorit deyilik, amma namizədlərdən biriyik. Mərakeşlə oyun bizim üçün əhəmiyyətli olacaq".
saytlarin hazirlanmasi
