DÇ-2018-in qrup mərhələsində Peru ilə matçda komandasının qələbə qolunu vuran Kilian Mbappe Fransa millisinin tarixinə düşüb.
Sportal.az xəbər verir ki, gənc forvard Fransa yığmasının heyətində mundiallar tarixindən qol vuran ən gənc futbolçu olub (19 yaş, 183 gün).
Öncəki rekord isə David Trezeqeyə məxsus idi (DÇ-1998. 20 yaş, 246 gün).
saytlarin hazirlanmasi
