Almaniya - İsveç matçının hakimləri müəyyənləşdi

14:55 - 22 İyun 2018

Dünya çempionatında sabah keçiriləcək üç oyunun hakim təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd olunan hakimlərə tapşırılıb.

 

23 iyun

16:00. Belçika - Tunis
Hakimlər: Ceyr Marrufo, Kori Rokuell (hər ikisi ABŞ), Xuan Zumba (Salvador), Andres Kunya (Uruqvay)

 

19:00. Cənubi Koreya – Meksika
Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Con Pitti (Panama)

 

22:00. Almaniya - İsveç
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkieviç (hamısı Polşa), Ryuji Sato (Yaponiya)

Xəbər xətti