İranlı futbolçu: "Kosta ana-bacımı ən ağır şəkildə söydü"

17:11 - 25 İyun 2018

İran millisinin müdafiəçisi Murutza Purliqanji açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu DÇ-2018-in qrup mərhələsinin ikinci turunda İspaniya ilə oyunda rəqibin hücumçusu Dieqo Kostanın ona ağır söyüşlər söydüyünü deyib:

 

"Dieqo Kosta oyun ərzində həyatımdakı hər kəs haqda nalayiq ifadələr işlətdi. Onun mənə dedikləri iyrənc idi. O, mənim bütün ailəmi təhqir etdi. Hətta üzünü mənə doğru çevirib, gözümə baxaraq, bacımı və anamı belə ən ağır şəkildə söydü".

 

Qeyd edək ki, sözügedən oyunda İspaniya Kostanın qoluyla 1:0 hesabı ilə qalib gəlmişdi.

Xəbər xətti