Misirin qapıçısı dünya çempionatlarının tarixinə düşdü

18:16 - 25 İyun 2018

Misir millisinin qapıçısı Essam Əl Hədari tarixi rekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli qapıçı buna DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda Səudiyyə Ərəbistanı ilə matçda nail olub. Start heyətdə meydana daxil olan qolkiper dünya çempionatları tarixində oynayan ən yaşlı futbolçu olub. O, bunu 45 yaş, 162-ci günündə reallaşdırıb.

 

Qeyd edək ki, Əl Hədaridən sonra mundiallarda meydana çıxan ən yaşlı futbolçu Fərid Mondraqon idi. Kolumbiyalı qapıçı DÇ-2014-də Yaponiya ilə matçda 43 yaş, 3 günündə rekorda imza atmışdı.

Xəbər xətti