Sampaoli: "Finala qədər gedəcəyimizə inanıram"

11:17 - 26 İyun 2018

DÇ-2018-in qrup mərhələsində 2 oyundan sonra bir xal toplayaraq, şanslarını möcüzəyə saxlayan Argentinanın baş məşqçisi Xorxe Sampaoli açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Sampaoli Argentinanın finala qədər irəliləyəcəyinə inandığını bildirib:

 

"Argentinanın dünya çempionu olması üçün 5 oyunda qalib gəlməsi lazımdır. Nigeriya ilə oyunda bunun birinisinə çıxacağıq. Finala qədər gedəcəyimizə inanıram. Tənqidlərlə, sosial şəbəkələrdə haqqımda deyilənlərlə maraqlanmıram. Bunlar işimə təsir etmir".

 

Argentina 1/8 finala adlamaq üçün Nigeriyanı məğlub etməlidir.

Xəbər xətti