Marselonun durumuna aydınlıq gəldi

13:50 - 28 İyun 2018

DÇ-2018-in qrup mərhələsinin Serbiya ilə son matçında zədələnən Braziliya millisinin müdafiəçisi Marselo durumu haqda məlumat verib.

 

Sportal.az xəbər verir ki, oyunun əvvəlində zədələnən müdafiəçi vəziyyətinin ciddi olmadığını açıqlayıb. O, tezliklə yaşıl meydanlara geri dönəcəyini qeyd edib.

 

Qeyd edək ki, Marselonu Filipe Luis əvəz etmişdi.

 

Braziliya 1/8 finalda Meksika ilə qarşılaşacaq.

Xəbər xətti