DÇ-2018-in qrup mərhələsində Xorvatiya ilə matçda (0:3) kobud səhvə yol verən Argentina millisinin qolkiperi Vili Kabalyero sosial şəbəkə hesabında azarkeşlərə səslənib.
Sportal.az xəbər verir ki, 36 yaşlı qapıçı aldığı ölüm təhdidlərindən sonra bunları qeyd edib:
"Son görüşdə qalib gəldiyimiz və 1/8 finala yüksəldiyimiz üçün xoşbəxtəm. Bunun sayəsində kobud səhvimin ağırlığı yüngülləşdi. Səhvimə görə Xorvatiyaya uduzduq və bunu qəbul edirəm. Amma bu, futbolda olan səhvlərdir. Buna görə mənə və ailəmə həddən artıq çox hörmətsizlik, təhdidlər oldu. Bunlar məni çətin günlərimdə daha da pis etdi. Dəstək olan insanlara isə təşəkkür edirəm. Səhvlərimi qəbul edirəm, amma ailəmi narahat etməməyinizi xahiş edirəm. Argentina forması mənim üçün önəmlidir, bu çətin gündə dəstəyiniz vacibdir".
Qeyd edək ki, qrupun son matçında Kabalyero oyuna çıxmamışdı. Baş məşqçi Xorxe Sampaoli çərçivəni Armaniyə həvalə etmişdi.
saytlarin hazirlanmasi
